RU

Albaniyada süni intellekt naziri təyin edildi - BİR İLK

Albanca “Günəş” mənasını verən Diella tenderləri nəzarətdə saxlayır

 Albaniyada süni intellekt əsaslı bir nazir kabinetə daxil olub. 
Sherg.az xəbər verir ki, Albaniya Baş Naziri Diella adlı süni intellekt dəstəkli sistemi Dövlət Tenderlərinə Cavabdeh Nazir vəzifəsinə təyin edib.
Albaniya Baş Naziri Rama dünən verdiyi açıqlamada bildirib:
“Fiziki olaraq mövcud olmayan, lakin süni intellekt tərəfindən virtual şəkildə yaradılan ilk kabinet üzvü olan Diella, Albaniyanı dövlət tenderlərinin tamamilə korrupsiyadan azad olduğu bir ölkəyə çevirməyə kömək edəcək.”
Tiran şəhərində hakim Sosialist Partiyasının konfransında dördüncü hökumətin kabinetini açıqlayan Rama, e-Albania portalında ənənəvi albaniya geyimi geyinmiş Diellanın “dövlət tenderlərinin xidmətçisi” olacağını söyləyib.
Albanca “Günəş” mənasını verən Diella, yanvar ayından bəri dövlətin e-Albania portalı üzərindən istifadəçilərə məsləhət xidməti göstərirdi. Diella, vətəndaşların xidmətlərin təxminən 95%-inə rəqəmsal şəkildə çatması üçün lazım olan bütün bürokratik prosedurlarda səsli əmrlərlə kömək edirdi.



Избранный
7
sherg.az

1Источники