RU

Çarli Kirkin qatilı saxlanıldı, edam olunacaq Tramp

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident Donald Tramp ABŞ-da sağçı aktivist Çarli Kirkə silahlı hücum hadisəsinə münasibət bildirib və onun saxlanıldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Tramp "Fox News”a müsahibəsində şübhəlinin şəxs artıq həbsdə olduğunu və böyük ehtimalla onun həqiqi qatil ola biləcəyini deyib:

"Əminliklə deyə bilərəm ki, biz onu saxladıq. Hamı əla işləyib (...) Bəli, düşünürəm ki, indi yaxşı vəziyyətdəyik – o, artıq nəzarət altındadır", deyə Tramp bildirib. O, həmçinin ümid etdiyini vurğulayıb ki, Çarli Kirkə sui-qəsd edən şəxs ölüm cəzasına məhkum ediləcək.

Qeyd edək ki, Çarli Kirk Yuta ştatında keçirilən kütləvi tədbirdə çıxışını başa vurduqdan sonra boğazından vurulub və xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, atəş təxminən 180 metrlik məsafədən açılıb. Universitetin nümayəndələri hücumla bağlı saxlanılan şəxsin olduğunu təsdiqləyiblər. "Fox News” iddia edib ki, hücumu Yuta ştatının Demokratlar Partiyasının üzvü Maykl Mallinson törədib. Lakin "New York Times” universitetin rəsmisi Skot Trotterə istinadən yazıb ki, saxlanılan demokrat partiya üzvü əslində atəş açan şəxs olmayıb.

Çarli Kirk "Amerikaya dönüş” adlı turu çərçivəsində Yuta Vadisi Universitetində çıxış etməli idi. Onun çıxışları tələbə qrupları tərəfindən etirazla qarşılanıb, petisiyalar imzalanıb.

Tramp hadisə baş verəndən sonra sosial şəbəkədə də münasibət bildirib:

"Biz hamımız Çarli Kirk üçün dua etməliyik. Onun üzərinə atəş açılıb. O, başdan ayağa qədər əla insandır. Allah onu qorusun".

Çarli Kirk ABŞ-ın ən tanınmış gənc mühafizəkar fiqurlarından biridir. O, "Turning Point USA” adlı konservativ tələbə hərəkatının qurucusudur, universitetlərdə mütəmadi çıxış edir və Demokrat Partiyasının tərəfdarları ilə mübahisələri ilə tanınır.

O, həmçinin Ukraynaya dəstək məsələsində skeptik mövqe tutur. Kirk dəfələrlə ABŞ-ın Kiyevə hərbi yardımlarını tənqid edib, Volodimir Zelenskini "qanunsuz seçilmiş prezident” adlandırıb və Ukraynanın şərqini "tarixi Rusiya torpaqları” kimi təqdim edib. O, ABŞ-ın Rusiya ilə diplomatik əlaqələri bərpa etməli olduğunu bildirərək, Zelenskini "xalqını ölümə aparan Mərkəzi Kəşfiyyat İdarəsinin kuklası” adlandırıb.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
12
qaynarinfo.az

8Источники