AZ

Çarli Kirin qatilini atası polisə təslim edibmiş

Xəbər verdiyimiz kimi, ABŞ-də tanınmış siyasi aktivist Çarli Kirk sui-qəsd nəticəsində həyatını itirib.

CNN-in məlumatına görə, saxlanılan şəxs cinayəti atasına etiraf edib. Oğlunun etirafından sonra ata özü hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq, onun rəsmi saxlanılana qədər nəzarətdə olduğunu bildirib.

“The New York Post” yazır ki, saxlanılan şəxs 22 yaşlı yerli sakin Tayler Robinson olub. Fox News-un hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, Robinson artıq həbs edilib.

Qeyd edək ki, hadisə Yuta ştatındakı universitetdə baş verib. İlkin məlumatlara əsasən, Kirkə uzaq məsafədən, binanın damından atəş açılıb. Ağır yaralanan aktivistin vəziyyəti kritik qiymətləndirilsə də, sonradan o dünyasını dəyişib.

ABŞ prezidenti Donald Tramp açıqlama verərək, cinayətdə iştirak edən hər kəsin və bu cür cinayətləri maliyyələşdirən təşkilatların tapılacağını bildirib. Onun sözlərinə görə, hazırda şübhəlinin cinayətdə təkbaşına iştirak etdiyi güman edilir və onun şəriklərinin olduğuna dair sübut yoxdur.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
22
1
musavat.com

8Mənbələr