“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsi tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika xəstəxanası üçün laboratoriya avadanlıqlarının satınalmasını nəzərdə tutulur
Qalib "Azəri med" QSC olub.
Qalib şirkətə 1 milyon 875 min manat ödəniləcək.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1 milyon 497 min 696,12 manat idi.