RU

Rafaelin Dadaşovun qızı anası ilə KÜSÜLÜDÜR: “Oğlumun ad gününə çağırdım, gəlmədi” VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova efirdə ağlayıb. Bizim.Media xəbər verir ki, Səidə “Öz aramızda” verilişində anası Sədaqət Dadaşova ilə illərdir danışmadığını söyləyib. Səidənin sözlərinə görə, anasını oğlunun ad gününə çağırsa da, gəlməyib:“Hamının ayağına getməkdən, axtarmaqdan yoruldum. İstəyirəm, artıq mənə doğru gəlsinlər. Mənim balam övlad deyil? Başqasınınki uşaqdır, mənimki yox? Kiminsə ad gününə gedirlər, mən övladımın ad gününə çağırıram gəlmirlər. Niyə? Niyə hamının ad günü mənim yadımdadır, amma mənimki yadlarında deyil. Həmişə atam zəng edərdi ki, qızımı təbrik etmisiniz? Bilirsiniz nə vaxt qırıldım? Oğlum iki aylıq idi, o da 1 kilo 200 qram doğulmuşdu. İradə xalamgilə getdik, Yeni il idi. Dedim, ana sadəcə aş bişir uşaqla 5-10 dəqiqəlik gələcəyik. Dedi, gəl, amma təklif etmədilər burada qeyd et. Getdim, uşağı bələmişdik, həyat yoldaşımla o biri otağa keçdik, mən xalamın evində yad kimiyəm. Dedim, ana aş bişirmisən? Mən 5-10 dəqiqə buradayam, amma heç o qədər gözləməyə də icazə vermədilər. Dedilər ki, o biri xalan qonaqları ilə gəlir, sizi  görməsinlər. Ümumiyyətlə bizi görmək istəmirdilər.İki aylıq uşaqla biz çıxdıq. Heç aşı da götürmədim, gəldik evə, süfrə açdıq, uşağa Şaxta baba paltarı geyindirdim, eyvana çıxdıq.

Dedim, Allah, sən məni heç kimə möhtac etmə. Hər ailədə münaqişə olur, əgər sən qarşı tərəfi istəmirsənsə, heç olmasa mənə görə keç, mən varam. Elə olur, kürəkəni sevmirlər, amma övladına görə keçirlər. Mənə görə heç nəyi keçməyiblər. Axı mən başqa yerdə gəlinəm, məni niyə əzirsiniz? Siz əzəndən sonra onlar da əzər. 

Şükür ki, mənim çox gözəl qayınanam var, qayınatam da gözəl insan idi. Bu tərəfdən mənə motivasiya idi. Dünyaya qız gəlmək çox çətindir, gəlin olanda da başın qaxınclı olur, deyirlər, gördün, səni axtarmır”.

Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
5
bizim.media

6Источники