RU

Nepalda etirazlar zamanı azı 51 nəfər həlak olub

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nepalda bu həftə baş verən kütləvi etirazlar nəticəsində azı 51 nəfər həyatını itirib. Onların arasında 21 nümayişçi və 3 polis əməkdaşı da var.

Bakupost.az xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.

Məlumata görə, iğtişaşlar hökumətin sosial şəbəkələrə qadağa qoymasından sonra başlayıb və korrupsiya, eləcə də idarəçilikdəki problemlərlə bağlı ittihamların fonunda daha da güclənib.

Hakimiyyətin açıqlamasına görə, qarışıqlıq zamanı təxminən 13,500 məhbus həbsxanalardan qaçıb. Onlardan 12,500-dən çoxu hələ də azadlıqdadır. Bir qismi isə Hindistan sərhədini keçməyə cəhd edərkən hind sərhədçiləri tərəfindən saxlanılıb.

Nepal ordusu etirazçılar tərəfindən ələ keçirilmiş 100-dən artıq silahı müsadirə edib.

Ayxan,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
www.bakupost.az

1Источники