RU

"Qarabağ" - "Kopenhagen" oyununa qonaq azarkeşlər üçün biletin qiyməti

Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq. Azarkeşlər vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər.

Xatırladaq ki, "Qarabağ" Danimarka təmsilçisi ilə 2-ci turda üz-üzə gələcək. Qarşılaşma oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20.45-də start götürəcək.

Избранный
31
19
football-plus.az

10Источники