RU

Madrid klubu türk ulduzu istəyir

"Qalatasaray"ın futbolçusu Yunus Akgün klubdan ayrıla bilər. Metbuat.az xəbər verir ki, “Atletiko Madrid” futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, “Atletiko Madrid” Yunus Akgünün oyununu izləmək üçün Konyada keçirilən Türkiyə-İspaniya matçına skaut göndərib. Bildirilir ki, "Qalatasaray" rəhbərliyi transfer dəyəri 14 milyon avro olan Yunus Akgünü klubda saxlamaq istəsə də, yüksək təklif gələrsə transferə razılıq verə bilər.

Qeyd edək ki, 2018-ci ildən "Qalatasaray"da çıxış edən Yunus Akgünün müqaviləsi 2029-cu ildə başa çatır.

Избранный
58
metbuat.az

1Источники