
Bakı metropolitenində gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Yeniavaz.com “APA”-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur:
“Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur.