Kristian Eriksenin “Volfsburq”a transferi rəsmiləşib.
Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi ilə müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb. Danimarka millisinin 33 yaşlı futbolçusu yeni klubuna azad agent kimi keçib.
Qeyd edək ki, Eriksen daha əvvəl “Ayaks”, “Tottenhem” və “İnter”də də çıxış edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта