Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyev dəfn edilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki,şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
12:20
Göyçay şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Zərbəliyev 1969-cu il yanvarın 30-da anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Şəhidin nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.