RU

Netanyahu: İsrail Çarli Kirkin qətlində iştirak etməyib

İsrail amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirkin qətlində iştirak etməyib.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “NewsMax TV” kanalına müsahibəsində bildirib.

“Bu tamamilə ağlasığmaz iddiadır. İsrail ayın orbitini dəyişir, günəşi itələyir. Bütün bu iddialar yalnız ağlasığmaz deyil, həm də son dərəcə absurd və gülüncdür. İnsanların belə şeylər söyləməsinə inanmaq çətindir. Hadisəni törədən şəxs artıq tapılıb və məsələ araşdırılır”, – o vurğulayıb.

Baş nazir həmçinin bildirib ki, Çarli Kirk daha əvvəl ona müxtəlif məsələlərlə bağlı məktub göndərib. Onun sözlərinə görə, Kirk öz ideyaları ilə “döyüş meydanında mübarizə aparırdı” və qalib gəlmək potensialına sahib idi.

“O, qalib gələcəkdi. Məhz buna görə onu güllələdilər. Ümid edirəm ki, onun ideyalarını susdura bilməyəcəklər. Mən inanıram ki, insanlar bu gülünc, absurd yalanlara boyun əyməyəcəklər”, – Netanyahu əlavə edib.

Qeyd edək ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 11-də sui-qəsd nəticəsində qətlə yetirilib.

Избранный
14
5
apa.az

6Источники