RU

Nepalda etiraz dalğası gərginləşir – Ölənlərin sayı artdı

Nepalda davam edən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Aksiyalar zamanı 1300-dən çox insanın yaralandığı bildirilir. Daha əvvəl ölənlərin sayının 34 olduğu açıqlanmışdı.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkədə sosial şəbəkələrə qoyulan məhdudiyyətlər kütləvi etirazlara səbəb olub. Nəticədə baş nazir Şarma Oli istefa verib, etirazçılar isə bir sıra dövlət qurumlarının binalarını yandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
2
olaylar.az

3Источники