RU

“İcra Hakimiyyəti şikayətimə baxmadı, məni yalançı çıxarmaq istədilər” Hövsan sakini danışır

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan sakin Almaz Məmmədova binada aparılan kosmetik təmirdən sonra şəxsi əmlakına ziyan dəydiyini iddia edir.

"Cebheinfo.az"-a danışan Almaz Məmmədovanın sözlərinə görə, təmir adı altında aparılan işlər nəticəsində eyvandakı dəmirlər ləkələnib, çöl qapısı isə su ilə yuyulduqdan sonra şişib.

“Mən sadə bir vətəndaşam, valideyinlərimdən mənə miras qalan mülkümü qoruyuram. Uzun illər təmirsiz olan evimi min bir əziyyətlə təmir etdirmişəm. Amma gələn briqada qapını və eyvanı bu günə saldı. Blokun pilləkənləri də keyfiyyətsiz yığıldığı üçün təhlükə yaradır” – deyə o bildirir.

Şikayətçi deyir ki, məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin bu gün ona gələn rəsmi cavabda qeyd olunub ki, guya sahəyə baxış keçirilib və heç bir problem aşkarlanmayıb:

“Əslində isə onlar qapının təmiz hissəsinin şəklini çəkib, qalan zədələnmiş yerlərə göz yumublar. Mənim bütün şikayətimi heçə sayıblar, üstəlik məni elə göstərmək istəyiblər ki, guya yalançıyam, şər atıram. Halbuki balkonumun dəmirləri hələ də ləkəlidir, qapımın altı suyun təsirindən şişib”.

A,Məmmədova deyir ki, onun məqsədi kimisə "qaralamaq" deyil, sadəcə vətəndaşın əmlakının toxunulmazlığına hörmətlə yanaşılmasını tələb etməkdir:“Mənim mülkümə ziyan dəyməsilə bağlı əlimdə fakt olmasa, şikayət etməzdim. Mən ədalət istəyirəm. Təmir adı altında aparılan işlər sakinlərə ziyan vurmamalıdır. Biz dövlətimizə güvənirik, amma bu cür məsuliyyətsiz davranış həmin etimadı kölgələyir. Sadə xalqın haqqına girməklə heç kim özünü şirin göstərə bilməz”.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
cebheinfo.az

2Источники