RU

"Xahiş edirik, anlayışla qarşılayın" - Müdafiə Nazirli əsgər valideynlərinə səsləndi


Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən mətbuata verilən məlumata görə, hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısını almaq üçün keçirilən tədbirlərlə əlaqədar hərbi hissələrdə görüş müvəqqəti məhdudlaşdırılıb.

Nazirlik vətəndaşlardan, xüsusilə gənc əsgərlərin valideynlərindən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edir. Məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Mətləb Salahov

Избранный
20
2
baki-xeber.com

10Источники