RU

Azərbaycanda ictimai iaşə dövriyyəsi 14% artıb

BAKI, 12 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1751,0 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 faizi hüquqi şəxslərin, 49 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 886,0 milyon manat olmuşdur.

Избранный
18
9
teleqraf.com

10Источники