RU

Məktəblərə 40 minə yaxın kompüter verilib Eşqi Bağırov

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il şagirdlərə 40 minə yaxın kompüter paylanılıb, ilin sonuna qədər isə daha 40 min kompüterin verilməsi nəzərdə tutulur. Bununla da təminat nisbəti 8.1-ə çatdırılacaq.

Metbuat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov yeni tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda şagirdlərin üçdə biri məktəblərdə kodlaşdırmanın əsaslarını öyrənir.

Bundan əlavə, “Rəqəmsal Məktəb” platformasının tətbiqinə başlanılıb. Platforma valideynlər üçün operativ kommunikasiya imkanı, müəllimlər üçün tədrisə fokuslanmış fəaliyyət mühiti, direktorlar üçün isə məlumat əsaslı idarəetmə imkanı yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
1
metbuat.az

2Источники