RU

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Demokrat.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər xəttində 12 sentyabr tarixində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 09:30-dan 16:00-dək şəhər ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Избранный
20
33
demokrat.az

10Источники