AZ

DİQQƏT! Lənkəranda işıq olmayacaq

Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər xəttində 12 sentyabrda təmir işləri aparılacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən bildirilib.
 

Bununla əlaqədar olaraq saat 09:30-dan 16:00-dək şəhər ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri başa çatdıqdan sonra həmin küçələr keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

Seçilən
13
33
bizim.media

10Mənbələr