RU

ABŞ Hərbi Dəniz Akademiyasında atışma: yaralılar var

Annapolisdəki ABŞ Hərbi Dəniz Akademiyasında atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

“Akademiyadan qovulan kursant silahla kampusa qayıdıb. Yataqxananın içərisində atışma səsləri eşidilib. Polis akademiyanın ərazisini bağlayıb”, - məlumatda deyilib.

Məlumata görə, bir nəfər helikopterlə xəstəxanaya çatdırılıb, bir neçə nəfərə isə tibbi yardıma göstərilib. Onların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Избранный
52
axar.az

1Источники