RU

Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Səfir XİN-ə çağırıldı

Sentyabrın 11-də Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb və XİN-in müavini Y. Marian ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, Rusiya tərəfinə 10 sentyabr 2025-ci il gecəsi Polşa Respublikasının hava məkanının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə “qəsdən pozulması” barədə ittihamlar səsləndirilib.

Səfir bu mövqeyi qətiyyətlə rədd edərək, həmin hadisə ilə bağlı Rusiya XİN-in 10 sentyabr 2025-ci il tarixli bəyanatına diqqət çəkib.

Qeyd olunub ki, PUA-ların Rusiya Silahlı Qüvvələrinə məxsusluğu sübut edilməyib, hadisə ilə bağlı araşdırma isə hələ də davam edir.

NATO baş katibi Mark Rütte də 10 sentyabrda keçirilmiş NATO Şurasının iclasından sonra bunu bəyan edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 10 sentyabr gecəsi Kiyev rejiminin hərbi infrastruktur obyektlərinə yüksək dəqiqlikli kombinə olunmuş zərbə zamanı Polşa ərazisindəki obyektlərin hədəf alınması planlaşdırılmayıb. Həm də istifadə edilən PUA-ların uçuş məsafəsi 700 kilometrdən çox olmayıb. Bundan başqa, məlumata görə, tapılan PUA-lar heç bir partlayıcı qurğu ilə təchiz edilməyib.

Çex tərəfinə bildirilib ki, Rusiya Müdafiə Nazirliyi bu insidentlə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazırdır. Rusiya XİN-i də bu işə qoşulmağa hazır olduğunu bəyan edib.

Musavat.com

Избранный
30
5
musavat.com

10Источники