Məşhur braziliyalı futbolçu Ronaldinyonun oğlu olan 20 yaşlı Joao Mendes İngiltərənin "Hall Siti" klubunun futbolçusu olub.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu 1+1 illik müqavilə imzalayıb/ Braziliyalı klubun gənclərdən ibarət komandası - U-21-də çıxış edəcək.
"Çox xoşbəxtəm və həyəcanlıyam. Düşünürəm ki, yaxşı mövsüm olacaq. Sağ cinah yarımmüdafiəçisi və ya hücumameyilli yarımmüdafiəçi kimi oynayıram. Sürətli, partlayıcı və yaradıcıyam.
Mən sadəcə U-21-lərə və əsas komandaya bacardığım qədər kömək etmək istəyirəm. Hansı səviyyədə olmağım vecimə deyil, sadəcə futbol oynamağı sevirəm və şans gəlsə, bundan istifadə edəcəm", - deyə Mendes bildirib.
Qeyd edək ki, "Hall Siti" hazırda Çempionşipdə 17-ci yerdədir.