RU

Tramp Kirkin dəfn mərasimində iştirak edəcək?

ABŞ Prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirkin dəfn mərasimində iştirak edəcəyini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə Ağ Evin həyətində jurnalistlərlə söhbəti zamanı məlumat verib.

"İnanıram ki, bu, Arizonada olacaq. Məndən gəlməyim xahiş olundu. Düşünürəm ki, bunu etməliyəm", - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, dəfn mərasimi gələn həftə sonu olacaq, lakin o, dəqiq tarix açıqlamayıb.

O vurğulayıb ki, Kirk gənclər arasında kampaniya apararkən “çox yardımçı olub”. Tramp fəalı keçən il prezident seçkilərində qələbə qazanmasında “vacib faktor” adlandırıb.

Избранный
22
publika.az

1Источники