RU

“Ucuzluq” mağazasına basqın edən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Arzu Səfərin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, Arzu Səfəri barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham edilib.


Məlumata görə, 11 iyul 2023-cü il tarixdə, saat 15:00 radələrində, təqsirləndirilən Arzu Səfər Bakı şəhərində yerləşən “Ucuzluq” geyim mağazasına müştəri qismində daxil olub. Məqsədi mağazada masanın üzərində olan pul kisəsini ələ keçirmək olub.


Zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) qorxutmaq üçün Arzu Səfər özündə olan bıçağı silah kimi istifadə edib və hədələyib. Bu yolla mağazadakı əmlakı — pul kisəsi içərisində 1 ədəd qızıl üzük, 1 cüt sırğan, bilərzik, boyunbağı və 97 manat nağd pulu ələ keçirib. Onların ümumi dəyər təxminən 2750 manat olub. Beləliklə, onun hərəkətləri həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla quldurluq kimi qiymətləndirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsi Arzu Səfəri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
 

Kamal Məmmədov 

Tarix: 12 Sentyabr 2025, 08:48   
Избранный
47
pravda.az

1Источники