RU

Misli Premyer Liqası: IV tura iki oyunla start veriləcək

Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək.

Demokrat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Belə ki, "Kəpəz" klubu "Araz-Naxçıvan"la, "Qarabağ" isə "Zirə" ilə üz-üzə gələcək.

Turun digər oyunlarında "İmişli" klubu "Sumqayıt"ı, "Turan Tovuz" klubu "Qəbələ"ni sentyabrın 13-də qəbul edəcək. Tura "Şamaxı" - "Karvan" və "Neftçi" - "Sabah" matçları ilə sentyabrın 14-də yekun vurulacaq.

12 sentyabr

Misli Premyer Liqası

IV tur

Saat 17:45, "Kəpəz" - "Araz-Naxçıvan";

Избранный
23
demokrat.az

1Источники