Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi BMV markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.