RU

Dünyada ilk "süni intellekt naziri" yaradıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Albaniyada süni intellektlə işləyən model dövlət satınalmalarına cavabdeh olan "süni intellekt naziri" kimi istifadə olunacaq. Modelin adı "Diella" olacaq.
Oxu.Az bu barədə "Politico" nəşrinə istinadla xəbər verir.
"Diella" fiziki olaraq mövcud olmayan, lakin hökumətin faktiki olaraq süni intellekt əsasında hazırlanmış ilk üzvüdür", - deyə Albaniyanın Baş naziri Edi Rama bildirib.
Baş nazirin sözlərinə görə, "100% korrupsiyasız" dövlət satınalma sistemi yaratmaq üçün dövlət tenderləri ilə bağlı qərarlar süni intellekt modelinə veriləcək.
"Diella" modeli artıq əksər dövlət xidmətlərinə çıxışı təmin edən "e-Albania" dövlət rəqəmsal platformasının işində istifadə olunur.
Избранный
42
8
oxu.az

10Источники