RU

Rusiya bu ölkəni hədələdi: Mövqeyimiz aydındır...

Niderlandın Rusiyaya qarşı hər hansı yeni sanksiyaları Moskvadan adekvat və dərhal cavab alacaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Niderlanddakı səfiri Vladimir Tarabrin deyib.

"Mövqeyimiz tamamilə aydındır: istənilən yeni sanksiyalara adekvat və dərhal cavab veriləcək. Qarşılıqlılıq prinsipi hələ ləğv edilməyib", - səfir söyləyib.

Qeyd edək ki, daha öncə Rusiya Polşanın hava məkanını pozduğu üçün Niderland Xarici İşlər Nazirliyi Moskvanı yeni sanksiyalarla hədələyib.

Избранный
26
2
axar.az

3Источники