RU

Rusiyada vergiləri artırmaq istəyirlər

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya hökuməti vergilərin artırılmasını müzakirə etməyə başlayıb. Müzakirəyə çıxarılan məsələlərdən biri də, əlavə dəyər vergisinin (ƏDV) 20 faizdən 22 faizə qaldırılmasıdır.Reyting.az-ın məlumatına görə, Rusiya hökuməti artan hərbi xərclər fonunda büdcə kəsirini qarşılamaq üçün vergilərin artırılmasını çox ciddi şəkildə müzakirə edir. "The Bell" nəşri yazır ki, ən real variantlardan biri ƏDV-nin 22 faizə qaldırılmasıdır. Mənbələrdən biri deyib ki, hökumətin geriyə yolu yoxdur və vergilər mütləq artırılacaq. Onun sözlərinə görə, eyni zamanda sosial əhəmiyyətli məhsullar üçün bəzi istisnalar nəzərdə tutulur.Digər mənbə bildirib ki, ƏDV ilə yanaşı, mənfəət və gəlir vergisinin də artırılması gündəmdədir.Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiyada mənfəət vergisinin dərəcəsi artıq 20 faizdən 25 faizə yüksəlib. Eyni tarixdən etibarən gəlir vergisinə proqressiv şkala tətbiq olunub ki, burada maksimal dərəcə 22 faiz təşkil edir.Bildirilir ki, Rusiya hökuməti hələlik yekun qərar verməsə də, mənbələr alternativ variant görmürlər. Üstəlik, Rusiyada gələn ilin büdcə layihəsi müzakirə üçün adətən sentyabrın sonunda Dövlət Dumasına təqdim olunur.İddia olunur ki, vergilərin artırılması təklifi ölkədəki böhrandan xəbər verir, çünki ƏDV istehlak vergisidir və eyni zamanda hər bir məhsulun qiymətinə daxil edilir. Onu da qeyd edək ki, Rusiyada ƏDV sonuncu dəfə 2019-cu ilin yanvarında 18 faizdən 20 faizə qaldırılıb. Oqtay QORÇU Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
1
reyting.az

2Источники