RU

Fransa Polşanın hava məkanını qorumaq üçün üç “Rafale” qırıcısı göndərib

Fransa Rusiya dronlarının Polşa hava məkanını pozmasına cavab olaraq, Şərqi Avropa ölkəsinə üç “Rafale” qırıcısı göndərib.

Teleqraf xəbər verir ki, Prezident Makrona görə, bu addım Polşanın hava məkanının və Avropanın Şərq cinahının müdafiəsini gücləndirmək məqsədi daşıyır.

“Polşa Baş naziri ilə dünən verdiyim sözə əməl olaraq, bu qərarı verdim. Avropa qitəsinin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Biz Rusiyanın artan hədələrinə boyun əyməyəcəyik,” – deyə Makron vurğulayıb.

Onun sözlərinə görə, bu addım, həm də NATO-nun kollektiv müdafiə - bir üzv hücuma məruz qalarsa, hamısı cavab verir, - prinsipinə uyğundur.

Избранный
14
1
teleqraf.com

7Источники