AZ

Fransa Polşaya üç “Rafale” qırıcısı göndərdi

Fransa Prezidenti Emmanuel Makron Rusiya dronlarının Polşa hava məkanına son vaxtlar təkrarlanan qeyri-qanuni müdaxilələrinə cavab olaraq, üç “Rafale” qırıcısının Polşaya göndərilməsi qərarını açıqlayıb. Bu qərar, həm Polşanın hava məkanının, həm də Avropanın Şərq cinahının müdafiəsini gücləndirmək məqsədi daşıyır.
 
Moderator.az xəbər verir ki, bu barədə Makron X sosial şəbəkəsində bildirib.
 
“Polşa Baş naziri ilə dünən verdiyim sözə əməl olaraq, bu qərarı verdim. Avropa qitəsinin təhlükəsizliyi bizim əsas prioritetimizdir,” – deyə Makron vurğulayıb. Prezident Rusiyanın artan hərbi təzyiq və təxribatlarına qarşı sərt mesaj verib: “Biz Rusiyanın artan hədələrinə boyun əyməyəcəyik”.
 
Fransa Prezidenti bu məsələ ilə bağlı NATO-nun Baş katibi və Böyük Britaniyanın Baş naziri ilə də əlaqə saxlayıb. Hər iki tərəf Şərq cinahının müdafiəsində birgə əməkdaşlığa sadiq olduqlarını təsdiqləyiblər.
 
Fransa bu qərarla yalnız Polşaya deyil, eyni zamanda bütün Avropa İttifaqı və NATO müttəfiqlərinə təhlükəsizlik zəmanəti verməyə çalışır. Əməkdaşlıq missiyasına 3 ədəd “Rafale” qırıcısı, NATO çərçivəsində birgə hava məkanı monitorinqi və Polşanın və Şərqi Avropanın hava təhlükəsizliyinin gücləndirilməsi daxildir. Bu addım, həm də NATO-nun kollektiv müdafiə prinsipinin - “bir üzv hücuma məruz qalarsa, hamısı cavab verir”, - təsdiqi kimi qiymətləndirilir.
 
Fransa və müttəfiqləri, Rusiyanın bölgədəki təhdidlərini nəzarətdə saxlamaq və Avropanın təhlükəsizliyini qorumaq üçün müttəfiq bir mövqedən çıxış etməyə davam edəcəklər.
Seçilən
6
5
moderator.az

7Mənbələr