RU

“Şimal” da ev oyunlarını Şamaxıda keçirəcək

Azərbaycan Birinci Liqasında mübarizə aparan “Şimal” rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın ev oyunlarını keçirdiyi Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu Birinci Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi Şamaxıya köçüb.

Xatırladaq ki, hazırda futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Karvan” da ev oyunları üçün Şamaxı şəhər stadionunu sifariş edib. Ötən mövsüm Birinci Liqada mübarizə aparmış bir neçə klub da rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul ediblər. Üstəlik, “Şamaxı” da öz ev oyunlarını doğma stadionunda keçirir. Əyalət klublarının stadionlarında tez-tez müxtəlif problemlərin yaşandığını nəzərə alsaq, mövsüm ərzində daha bir neçə komandanın Şamaxıya üz tutması istisna deyil.

error: Məzmun qorunur!
Избранный
9
4
arena.az

10Источники