RU

İliya Topuriya İspaniya prezidentliyinə namizəd olmaq barədə

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yüngül çəkidə UFC çempionu İliya Topuriya irlandiyalı Konor Makqreqordan nümunə götürməyə və özünü siyasətdə sınamağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

İdman.biz bildirir ki, ispaniyalı döyüşçüyə ölkə prezidenti postuna namizəd olma ehtimalı ilə bağlı sual verilib.

Topuriya suala "Mən heç vaxt bu barədə düşünməmişəm... amma insanların buna ehtiyacı olsa, təbii ki, "bəli" deyəcəyəm", cavabını verib.

Xatırladaq ki, Topuriya bu il iyunun sonunda baş tutan sonuncu döyüşündə braziliyalı Şarl Oliveyra ilə qarşılaşıb. Gürcü əsilli ispaniyalı onu ilk raundda nokaut edərək yüngül çəkidə UFC çempionu olub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
1
icma.az

2Источники