Naxçıvanda güclü külək zamanı bir nəfər xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта