AZ

Naxçıvanda güclü külək zamanı dam örtüyündən qopan şifer qadının başına düşüb

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvanda güclü külək zamanı bir nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb.

Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
icma.az

6Mənbələr