“Yuventus”un və Türkiyə millisinin cinah hücumçusu Kenan Yıldız İtaliya A Seriyasında avqust ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu “Udineze”dən Tomas Kristensen, “Napoli”dən Skott Maktominey, “Komo”dan Niko Pas, “Roma”dan Matias Sule və “İnter”dən Markus Turamı qabaqlayıb.
Xatırladaq ki, Kenan 2025/2026-cı illər mövsümünün startından bu yana A Seriyasında 2 matçda 2 məhsuldar ötürmə müəllifi olub.
Kənan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu artıq öz adından söz etdirməyi bacarıb. Gənc yaşına rəğmən, Yıldız “Yuventus”un əsas komandasında 86 oyuna çıxıb, 16 qola imza atıb və 13 məhsuldar ötürmə verib.
Kənan Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 23 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı türk hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.