RU

ABŞ Senatında Rusiyaya qarşı sanksiyalar müzakirə olunur

Konqresdə ikitərəfli sanksiya qanun layihəsinin qəbul edilməsi istiqamətində səylər güclənir...

Poliqon xəbər verir ki, "Semafor" nəşrinin məlumatına görə, ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı təşəbbüslər sürət qazanır. Bu istiqamətdə səylər Rusiyanın Polşa hava məkanına daxil olmasından sonra daha da artıb. İkitərəfli sanksiya qanun layihəsinin qəbulu ilə bağlı danışıqlar aktivləşib, lakin bəzi respublikaçılar bu prosesin kifayət qədər sürətli olmadığını düşünürlər.

“Mən hər həftə eşidirəm ki, bu, tezliklə baş verəcək. Artıq danışmağı dayandırmalıyıq. Sanksiyaların qəbuluna mane olan tək bir şey var. Bu da çoxluğun liderinin qanun layihəsini müzakirəyə çıxarmamasıdır”, Respublikaçı senator Con Kennedi (Luiziana) narazılığını ifadə edərək, deyib.

Respublikaçı liderlər avqust ayındakı tətil bitdikdən sonra danışıqların canlandığını bildiriblər. Senator Lindsi Qrem isə Rusiya ilə ticarət tərəfdaşlarına qarşı birtərəfli cəza tədbirləri görən Trampı sanksiyalara dəstək verməyə razı salmaq üçün onunla görüşməyi planlaşdırır.

Oklahoma ştatından olan respublikaçı senator Ceyms Lenkford isə mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb: “Düşünürəm ki, cavab olacaq. İnternetdə yayılan bəzi fikirlərin əksinə olaraq, mən bu vəziyyətdə Putinin yaxşı biri olduğunu deyən heç kim tanımıram”.

Poliqon.info

Избранный
88
poliqon.info

1Источники