Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Aznur" heyətinə yeni oyunçu cəlb edib.
Bu barədə AZƏRTAC-a komandanın baş məşqçisi Rəcəb Fərəczadə məlumat verib.
Onun sözlərinə görə, ötən mövsümü “Zirə”də keçirmiş Mirkamil Əliyevlə müqavilə imzalanıb. M. Əliyev bu il Azərbaycan minifutbol yığmasının heyətində Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.
Qeyd edək ki, "Aznur" komandası Çempionlar Liqasının G qrupunda "Almatı" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri ilə mübarizə aparacaq.