AZ

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək klub dünya çempionunu transfer edib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Aznur" heyətinə yeni oyunçu cəlb edib.

Bu barədə AZƏRTAC-a komandanın baş məşqçisi Rəcəb Fərəczadə məlumat verib.

Onun sözlərinə görə, ötən mövsümü “Zirə”də keçirmiş Mirkamil Əliyevlə müqavilə imzalanıb. M. Əliyev bu il Azərbaycan minifutbol yığmasının heyətində Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.

Qeyd edək ki, "Aznur" komandası Çempionlar Liqasının G qrupunda "Almatı" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri ilə mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr