RU

WSJ: “Putin Rusiyanı 3 bunkerdən idarə edir”

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşrinin iddiasına görə, Putin Rusiyanı ölkənin müxtəlif bölgələrində yerləşən üç eyni konfrans zalından idarə edir. Bütün ofislər vahid plan üzrə tikilib və ən xırda detallarına qədər təchiz olunub. “Hətta laklı stolun üstündə ikibaşlı qartal olan qələm tutacağı ilə kabinetdəki on itiuclu karandaşın düzülüşü də hər üç otaqda eynidir. Kabinetlərin pəncərələri olmadığından dövlət başçısının yerini xarici orientirlə müəyyənləşdirmək mümkün deyil”, - materialda deyilir. Nəşr bildirir ki, Rusiya prezidenti mobil telefonlardan istifadə etməkdən yayınır və nadir hallarda internetə girir. O, xüsusi mobil stenddə düz ekranlı monitordan istifadə edərək videobağlantı vasitəsilə görüşlər keçirir. Putinin kabinetlərindəki kompüterlər şəbəkədən ayrılmış və ya ciddi şəkildə təcrid olunmuş vəziyyətdə qalır. - Rusiya prezidentinin Kommunikasiya Direktorluğunun mühəndisləri onun zənglərinin şifrələnməsini təmin edən xüsusi rabitə rejimini saxlayırlar. Məhz bu bunkerlərdən Putin müharibə zamanı ölkəni idarə edir, Ukraynada cəbhə xəttindəki komandirlərə əmrlər verir və Rusiyada daxili məhdudiyyətlərə nəzarəti həyat keçirir”, - qəzet vurğulayır. “WSJ”-nin iddiasına görə, videokonfranslar zamanı ekranda görünən rəsmilər çox vaxt ölkənin 11 saat qurşağından hansından zəng edildiyini bilmirlər. İşçilər bəzən prezidentin başqa şəhərə getdiyini elan edir, hava limanına boş kortej və yalançı təyyarə göndərir. Bundan sonra isə Putin videokonfransda görünərək başqa yerdə olması ilə bağlı illüziya yaradır. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
azvision.az

2Источники