RU

"Çelsi"yə qarşı 74 ittiham irəli sürüldü: Abramoviçə görə

İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi” klubuna qarşı Roman Abramoviçin dönəminə aid 74 qayda pozuntusu üzrə rəsmi ittiham irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə qurum bəyanat yayıb.

“Bu gün FA “Çelsi”yə futbol agentləri ilə bağlı J1 və C2 maddələrinin, vasitəçilərlə iş üzrə A2 və A3 maddələrinin, eləcə də oyunçulara üçüncü tərəfin sərmayəsi ilə bağlı A1 və B3 maddələrinin pozulmasına görə ittihamlar elan edib. Ümumilikdə kluba qarşı 74 ittiham irəli sürülüb. Sözügedən hadisələr əsasən 2010/11–2015/16 mövsümləri arasını əhatə edir. “Çelsi” 19 sentyabr 2025-ci ilədək cavab verməlidir”, - deyə qeyd olunub.

Xatırladaq ki, 2023-cü ilin noyabrında “Çelsi”nin sabiq sahibi Abramoviçin ofşor şirkətlərindən istifadə etməklə maliyyə feyr-pleyini pozduğu üzə çıxmışdı. Bu iddialar Eden Azarın, Nqolo Kantenin, Vilyanın və Samuel Eto’nun transferlərində agentlərə edilən ödənişlərlə bağlı idi. Klub cərimə və Premyer Liqada xal silinməsi təhlükəsi ilə üzləşmişdi.

Избранный
113
publika.az

1Источники