RU

Bakıda “BMW” ilə “drift” edən 21 yaşlı gəncə bu cəza verildi

Bakıda “BMW” ilə “drift şou”su göstərən 21 yaşlı sürücü məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, 2004-cü il təvəllüdlü Aqşin (ad şərtidir) gecə saat 3 radələrində Nərimanov rayonu ərazisində avtoxuliqanlıq edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Aqşin əməlindən peşman olduğunu deyib və barəsində yüngül cəza təyin edilməsini istəyib.

Məhkəmənin hökmü ilə 500 manat cərimə olunan Aqşinin nəqliyyat vasitəsi idarə etmək hüququ da bir il müddətinə məhdudlaşdırılıb.

Musavat.com

Избранный
6
musavat.com

1Источники