Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Müəllimlərin qarşılıqlı yerdəyişmə prosesini uğurla keçən namizədlərin sənədlərinin əyani yoxlanış mərhələsi növbəti həftə həyata keçiriləcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
O qeyd edib ki, bu mərhələdə sənədlərdə uyğunsuzluq aşkar edilmədiyi halda namizədlərə yeni təhsil müəssisəsində tədrisə başlaya biləcəkləri barədə məlumat veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.