RU

"Yol hərəkəti ilə bağlı xüsusi bir fənnə ehtiyac yoxdur" - Təhsil naziri

“Problem qaydanın olmamasında deyil, cəmiyyətin ona münasibətindədir.”

Avtosfer.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Bu sadə bir məsələdir, yolun bu tərəfindən o tərəfinə keçirsən, başa salırsan adama ki, ancaq zolağın üstündən keç, zolaq olmasa keçmə. Bunun üçün böyük bir işə ehtiyac yoxdur. Bizim problemimiz o deyil, mən onu sizə izah eləmək istəyirəm. Bizim problemimiz odur ki, bizim qaydamız da var, polis də buna nəzarət edir, hamı hər şeyi edir.  Dövlət öz boynuna düşəni edir, bizim anamız, sadəcə olaraq, qaydaya məhəl qoymur, onun üçün vacib deyil.

O deyir ki, mən belə gedəndə axı tez gedirəm. Bu o məsələdir, davranış və dəyər məsələsidir mənə görə.  Amma cəmiyyət ona təpki göstərsə, görsə ki, bir vətəndaş yolu düz keçmədi.  Məsələn, geyim mövzusu. Azərbaycanın müxtəlif bölgələri var, Bakının mərkəzini demirəm, bir az kənar yeri misal gətirim. Hansısa bir ad çəkməyəcəm, amma təxmin edərsiniz haradır. Siz orada, çox açıq-saçıq geyimdə, küçədə gezə bilərsiniz?  

Yox, məsəl üçün. Kimsə yolda deyəcək ki, niyə belə geyinmisən? Ya qadın olsun, ya kişi. Düzdürmü? Cəmiyyətin təpkisi var. Orda yolu hardan gəldi keçə bilərsiniz? Hə. Sizə kimsə nəsə deyəcək? Yox. Niyə? Çünki yolu hardan gəldi keçmək o bölgədə problem deyil.

Yəni, mənim üçün o problemdir, ola bilər sizin üçün problemdir, əksəriyyət üçün problem deyil. İxtisas seçmək də belədir.  Yəni, problem deyil, əsas odur ki, uşaq girib, nə fərq var hara girib.

Избранный
47
1
avtosfer.az

2Источники