RU

"Son zəngləri çərçivəyə saldıq, ötən il çox darıxdırıcı oldu" - VİDEO

Elm və təhsil Naziri Emin Əmrullayev "Son zəng" və Bilik günlərində dəbdəbəbli tədbirlərin keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, nazir “Son zəng” günü məktəblərdən birində meyxana ifa edilməsinə görə, cəmiyyətin tənqidləri ilə üz-üzə qaldıqlarını deyib:

“Ötən il "Son zəng"ə getdim. Şəxsi rəyimi bilmək istəyirsinizsə, darıxdırıcı idi. Çünki bir müəllim səhv etdi, meyxana qoydu. Biz də cəmiyyətin təpkisi ilə bütün son zəngləri çərçivəyə saldıq. 
Bu, uşağın məktəbi bitirdiyi gündür. Həmin gün min cür hadisə baş verir. Fərq odur ki, biz məktəbi bitirəndə mobil telefonlar, sosial media yox idi. 

Uşaqdır, qoyun, səhv etsin. Bütün ölkə o hadisənin üzərinə düşdü. Belə olmaz. O uşaqdır, cinayət etməyib. 

Biz götürdük çərçivəyə saldıq. Ötən il video gördünüzmü? Yox idi. Mən deyirəm ki, eybi yoxdur, qoy, 10 video çıxsın, siz də (jurnalistlər) onu yazın”. 

Billurə Yunus
 

Избранный
26
1
olke.az

2Источники