RU

"Apple" "iPhone" qiymətini 2 min dollara qaldırmağı planlaşdırır

Bakı. Trend:

“Apple” korporasiyası yeni “iPhone”nun qiymətini 2 min dollaraqaldırmağı planlaşdırır.

Trend bu barədə“Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazır.

Agentliyin məlumatına görə, "Apple" 2017-ci ildə "iPhone X"modelini təqdim edəndə şirkət təkcə üz tanıma funksiyasını vəçərçivəsiz ekranı tətbiq etmədi, həm də yeni bir kateqoriya – 1 mindollarlıq smartfon yaratdı. Bildirilir ki, satışa buraxılmasındansəkkiz il keçməsinə baxmayaraq, qiymətlər cüzi artıb.

"Bloomberg" qeyd edir ki, "iPhone 17" təqdimatından əvvəlanalitiklər ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiqetdiyi tariflər səbəbindən əhəmiyyətli bahalaşmaproqnozlaşdırırdı.

Lakin qiymət artımı gözləniləndən daha yumşaq oldu. Promodellərin qiyməti 999 dollardan 1099 dollara qalxdı, amma “Apple”bunu qismən kompensasiya edərək cihazların baza yaddaş həcmini 256GB-a qədər artırdı.

"Apple" tariflərdən yaranan əlavə xərcləri sonsuza qədərqarşılaya bilməyəcək və "iPhone" istehsalının Çindən Hindistanaköçürülməsi də artan maya dəyəri problemini aradan qaldırmayacaq.Şirkət artıq 2 min dollarlıq “iPhone” dövrünün yaxınlaşdığına dairsiqnallar verir, deyə məqalədə vurğulanır. "Bloomberg" qeyd edirki, "iPhone 17 Pro Max" ilk dəfə olaraq 2 terabayt yaddaşa malikversiyanı 1999 dollara təklif edir.

Məqalədə:
Избранный
17
2
az.trend.az

3Источники