RU

ABŞ Livana 14,2 milyon dollar yardım ayırıb

ain.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyi Livan Silahlı Qüvvələri üçün 14,2 milyon dollarlıq təhlükəsizlik yardımı paketini təsdiqlədiyini açıqlayıb.

Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, yardım paketinin Livan ordusunun Hizbullah kimi qruplara aid hərbi infrastrukturları zərərsizləşdirmək qabiliyyətini artırmaq məqsədi daşıdığı bildirilib.

Qeyd olunub ki, 14,2 milyon dollar dəyərində olan yardım paketinə müxtəlif növ partlayıcılar, elektrik və qeyri-elektrik detonatorlar, qoruyucular, generatorlar və nəqliyyat dəstəyi kimi avadanlıqlar daxildir.

İlahə Qənbərli

Missiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
missiya.az

4Источники