Polşa Belarus və Ukrayna ilə şərq sərhədlərində hava nəqliyyatına məhdudiyyətlər elan edib.
Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X sosial media platformasındakı paylaşımında “Dövlət təhlükəsizliyini təmin etmək məqsədi ilə sentyabrın 10-dan dekabrın 9-dək Polşanın şərq hissəsində məhdud zona şəklində hava hərəkətinə məhdudiyyət tətbiq edilib” ifadəsi yer alıb.
İlahə Qənbərli
Missiya.Az