RU

Şahzadə Harri III Çarlzla görüşdən sonra onun vəziyyətindən danışdı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahzadə Harri atası, Böyük Britaniya kralı III Çarlzın səhhəti barədə danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Şahzadə Harri "Invictus Games" tədbiri ilə əlaqədar görüş zamanı jurnalistlərə monarxın özünü çox yaxşı hiss etdiyini bildirib, lakin onların atası ilə söhbətinin təfərrüatını açıqlamayıb. Şahzadə Harrinin "Invictus Games"in korporativ sponsorları və hökumət rəsmiləri ilə ünsiyyət edərkən yaxşı əhvali-ruhiyyədə olduğu vurğulanıb.

Sentyabrın 10-da Londonda şahzadə Harrinin Böyük Britaniya kralı III Çarlzla 19 aydan sonra ilk şəxsi görüşü baş tutub. Onlar kral ailəsi üzvlərinin Vestminster iqamətgahı olan "Clarence House"da görüşüblər. 54 dəqiqə davam edən görüş çay süfrəsi ilə müşayiət olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
oxu.az

2Источники