BAKI, 11 sentyabr. TELEQRAF
“AzərEnerji” ASC ilə “Masdar” Şirkəti arasında ümumi qoyuluş gücü 1000 MVt olan günəş və külək elektrik stansiyaları (Bankə, Biləsuvar və Qaradağ) layihələri ilə əlaqədar müzakirələr aparılıb.
AzərEnerji-dən Teleqraf-a verilən məlumata görə, “AzərEnerji” ASC-nin sədri Baba Rzayev “Masdar” Şirkətinin layihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda da fikir mübadiləsi edilib.